Düşən telefonunu götürmək istəyərkən...
    • Bu gün, 10:41
    • 132

Düşən telefonunu götürmək istəyərkən...

Türkiyədə Fatih Yenikapı çimərliyində yıxılan telefonunu götürmək istəyən gənc qayaların arasına düşüb.

News24.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. 

Yanğınsöndürmə qrupları 17 yaşlı gənci çıxarmaq üçün işə başlayıb. Daşlar kranın köməyi ilə çıxarılıb.

Gənc yanğınsöndürənlər tərəfindən xilas olunaraq xəstəxanada müalicə altına alınıb.

Məryəm İlhamqızı