Ata yeni doğulmuş qızını ÖLDÜRDÜ
    • 2-09-2024, 10:59
    • 592

Ata yeni doğulmuş qızını ÖLDÜRDÜ

Buryatiyanın Djidinski rayonunun Dədə-İçetui ulusunun sakini bir aylıq qızını öldürməkdə şübhəli bilinib.  

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

Həmin şəxsə müvafiq ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə, sentyabrın 1-nə keçən gecə ulusun evlərindən birində zorakılıq nəticəsində ölüm əlamətləri olan körpə meyiti tapılıb. Faktla bağlı azyaşlının öldürülməsi maddəsi ilə cinayət işi açılıb. Qızın atası cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb. Dindirilmə zamanı həmin şəxs cinayətin baş vermə şəraiti ilə bağlı ətraflı ifadə verib.

Alınan məlumata görə, təqsirləndirilən şəxs spirtli içki qəbul edib. Bundan sonra kişi körpəyə bədən xəsarətləri yetirib və qızının ölümünə səbəb olub.

Cütlüyün yanına gələn və uşağı orada tapmayan qonşusu qızın itkin düşdüyünü polisə bildirib. Məlum olub ki, meyiti eyvana çıxarıblar.

Hazırda təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Məryəm İlhamqızı