-
- 10-06-2019, 11:33
- 987
Məktəblərdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.
News24.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuş konfrans, mühazirə, disput, “Dəyirmi masa”, seminar və ədəbi-bədii gecələr təşkil edilir. Eləcə də təhsil müəssisələrində unudulmaz yazıçıya həsr olunan fotostendlər, bülletenlər hazırlanır, guşələr yaradılır, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur. Bundan əlavə, məktəblilər arasında böyük Azərbaycan yazıçısına həsr olunan inşa müsabiqələri, bilik yarışları keçirilir. Məktəb kitabxanalarında Cəlil Məmmədquluzadənin dram əsərləri və hekayələri əsasında müzakirələr aparılır.
Tədbirlərdə Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, onun milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətlərindən bəhs edilir.
Cəlil Məmmədquluzadənin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biri olduğu şagirdlərin diqqətinə çatdırılır.
Böyük mütəfəkkirin çoxşaxəli irsinin təbliği istiqamətində görülən tədbirlərdən danışılır, ədibin yaradıcılığının tədqiq olunduğu bir daha nəzərə çatdırılır. Bildirilir ki, Cəlil Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyətinin əsasında Vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır.
Tədbirlərdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirir, yazıçıya həsr olunmuş şeirlər səsləndirirlər. Həmçinin Cəlil Məmmədquluzadənin Bakıdakı ev muzeyinə ekskursiyalar təşkil edilir.