Alzheimer xəstəsi olan kişi arvadını çəkiclə ÖLDÜRDÜ
    • 2-09-2024, 16:19
    • 260

Alzheimer xəstəsi olan kişi arvadını çəkiclə ÖLDÜRDÜ

Samsunun Çarşamba rayonunda dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, əldə edilən məlumata görə, Çarşamba rayonunun Ali Fuat Başgil məhəlləsində yaşayan və Alzheimer xəstəsi olduğu iddia edilən 77 yaşlı O.Y, 75 yaşlı həyat yoldaşı N.Y.-nin başına çəkiclə vuraraq, onu ağır yaralayıb. 

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən aparılan müayinədə qadının öldüyü müəyyən edilib. N.Y.-nin cəsədi yarılma üçün Samsun Ədliyyə Tibb Qurumuna göndərilib.

O.Y adlı ər nəzarətə alınarkən, hadisə ilə bağlı istintaq başladılıb.

Məryəm İlhamqızı