Təyyarə yaşayış məntəqəsinin üzərinə düşdü - ÖLƏNLƏR VAR
    • Bu gün, 16:34
    • 214

Təyyarə yaşayış məntəqəsinin üzərinə düşdü - ÖLƏNLƏR VAR

ABŞ-ın Oreqon ştatının Portlend şəhərətrafı qəsəbəsində təyyarə yaşayış binasının üzərinə düşüb.

News24.az bu barədə ABC News-a istinadla xəbər verir.

Materialda deyilib ki, ğtən gün ərazidə ikimühərrikli təyyarə qəzaya uğrayıb. Fövqəladə hadisə nəticəsində iki nəfər təyyarənin göyərtəsində, biri isə yerdə ölüb.

Verilən məlumata görə, təyyarə şəhər evinin üzərinə düşüb, elektrik xəttinə ilişib və yanğın yaxınlıqdakı digər tikililərə də keçib.

Beş ailə evlərini tərk etmək məcburiyyətində qalıb. 

Hadisə yerinin ətrafının mühasirəyə alındığı, araşdırma aparıldığı bildirilib.

Məryəm İlhamqızı