Binanın pilləkəninin çökməsi ilə bağlı rəsmi açıqlama
    • 2-09-2024, 17:01
    • 234

Binanın pilləkəninin çökməsi ilə bağlı rəsmi açıqlama

Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çöküb.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri 26-cı məhəllədə baş verib. Hadisə şahidləri pilləkənin çökməsi zamanı bir neçə nəfərin xəsarət aldığını bildiriblər.

Məsələni aydınlaşdırmaq üçün Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirildi ki, hadisə zamanı xəsarət alan olmayıb: "1991-ci ildə tikilərək sakinlərin istifadəsinə verilən Xırdalan şəhəri, 26-cı məhəllə, 1 saylı binanın 1-ci blokunun giriş hissəsində - pilləkən qəfəsində çökmə baş verib. Dərhal Abşeron RİH-nin və müvafiq qurumlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvəqqəti keçid sifariş verilib, FHN-nin aidiyyəti qurumlarına məlumat verilib.

Bildiririk ki, çökmə zamanı xəsarət alan olmayıb. Hazırda nazirliyin əməkdaşları ərazini yerində araşdırır və müvafiq rəy təqdim edildikdən sonra tərəfimizdən təmir-bərpa işlərinə başlanılacaq".