92 dəfə zorlanan qadın bunu 9 il sonra bilib: Kişiləri öz əri gətirirmiş
    • Dünən, 23:58
    • 319

92 dəfə zorlanan qadın bunu 9 il sonra bilib: Kişiləri öz əri gətirirmiş

Fransada arvadına narkotik qəbul etdirərək onlarla kişinin onu zorlamasına şarait yaradan 71 yaşlı pensiyaçının məhkəməsi başlayıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə RFI nəşri məlumat yayıb.

Bildirilir ki, Fransanın EDF enerji şirkətinin keçmiş əməkdaşı internet vasitəsilə cəlb etdiyi digər 50 kişi ilə birlikdə Avinyonda məhkəmə qarşısına çıxıb. Hüquq-mühafizə orqanları tərəfindən 72 kişi tərəfindən törədilmiş 92 zorlama faktı qeydə alınıb, onlardan 51-nin şəxsiyyəti müəyyən edilib.

Qeyd olunur ki, zorakılığın qurbanı 72 yaşlı qadın olub. Vəkilinin dediyinə görə, o qədər narkotik qəbul edib ki, nə baş verdiyini dərk edə bilməyib. Zorakılıq 2011-ci ildə başlayıb, lakin təqaüdçü bundan cəmi 9 il sonra xəbər tutub.

Məhkəmə dekabrın 20-dək davam edəcək.