-
- 3-09-2024, 12:05
- 765
Bədənimizi dəmirlə zənginləşdirən 5 qida
Dəmir insan sağlamlığı üçün kritik əhəmiyyətə malik mineraldır. Dəmir çatışmazlığı anemiya, həddindən artıq yorğunluq və müəyyən xəstəliklərə səbəb olan bir vəziyyətdir. Yuxu keyfiyyətini yaxşılaşdırmaq, anemiyadan qorumaq və immunitet sistemini gücləndirmək üçün gün ərzində kifayət qədər dəmir qəbulu lazımdır.
İnsan sağlamlığı üçün vacib olan dəmiri yüksək olan qidaları qida rasionunuza daxil etməklə özünüzü bu risklərdən qoruya bilərsiniz.
News24.az dəmir çatışmazlığından qorunmaq üçün istehlak edilməli 5 qida və faydalarıni təqdim edir:
İspanaq: Dəmir deyildikdə ağıla ilk gələn qidalardan biri ispanaqdır. Qida dəyəri yüksək olan ispanaq xlorofil və karotenoidlərlə zəngindir. İltihab əleyhinə xüsusiyyətlərə malik olan dəmir qadınların menstruasiya və hamiləlik dövründə artan dəmir ehtiyacını qarşılamağa kömək edir. Bir fincan bişmiş ispanaqda 6,5 mq dəmir var. Bu, gündəlik dəmir ehtiyacının çoxunu ödəyir.
Əncir: Əncir dəmir, kalium, maqnezium və kalsium kimi minerallarla zəngin bir meyvədir. Çiy yeyilən bir əncir gündəlik dəmir ehtiyacınızın 1 faizini ödəyir. Qurudulmuş əncir dəmirlə daha zəngindir. Manqan, sink və mislə zəngin olan qurudulmuş əncirin tərkibində fitokimyəvi maddələr və antioksidanlar var. Bu şəkildə immuniteti gücləndirir.
Meyvə quruları və toxum: Küncüt və kətan toxumu kimi toxumlar, püstə, badam, anakardiya və balqabaq kimi meyvə quruları dəmirlə zəngindir. Bu qidalar zülal, lif, vitamin və mineral tərkibi baxımından da sağlamdır. Bədənin gündəlik dəmir ehtiyacını ödəmək üçün bu qidaları nizamlı və balanslı şəkildə istehlak etmək lazımdır.
Brokoli: Brokoli ürək-damar sağlamlığı üçün faydalı bir tərəvəzdir. Bir fincan bişmiş brokolinin tərkibində təxminən 1 mq dəmir var. Bu, gündəlik dəmir ehtiyacınızın 6 faizini qarşılayır. Bundan əlavə, brokoli bədənimizə dəmirin daha sürətli və daha yaxşı mənimsənilməsinə kömək edir. Brokoli C vitamini ilə də zəngindir. Bir porsiya brokoli gündəlik C vitamini ehtiyacınızın 112 faizini ödəyir.
Çiyələk: Ləzzətli dadı ilə az qala hər kəs tərəfindən istehlak edilən çiyələk dəmirlə zəngin meyvələr arasındadır. Bir porsiya çiyələkdə 0,6 mq dəmir var. Çiyələk C vitamini ilə zəngin qidalarla birlikdə istehlak edildikdə orqanizm tərəfindən daha asan mənimsənilir.
Məryəm İlhamqızı