Bakıda evə basqın oldu – polis onu zərərsizləşdirdi
    • Bu gün, 12:10
    • 167

Bakıda evə basqın oldu – polis onu zərərsizləşdirdi

Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

News24.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, şübhəli şəxs polis əməkdaşlarına kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub.

Faktla bağlı araşdırma aparılır.