Həbsxanadan qaçış: Ən azı 129 nəfər ölüb
    • Bu gün, 19:48
    • 206

Həbsxanadan qaçış: Ən azı 129 nəfər ölüb

Konqo Demokratik Respublikasında Makala həbsxanasından qaçmağa cəhd zamanı azı 129 nəfər həlak olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini, daxili işlər və təhlükəsizlik naziri Jakmin Şabani “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“İlkin məlumatlara görə, 129 nəfər ölüb, o cümlədən 24-ü xəbərdarlıqdan sonra aldığı güllə yaralarından, qalanları isə əzilmə və ya boğulma nəticəsində dünyasını dəyişib”, - nazir bildirib.

Nazir daha 59 nəfərin yaralandığını, qadınların zorlanması hallarının da müəyyən edildiyini açıqlayıb. Həmçinin yanğınlar nəticəsində bir sıra inzibati obyektlər və ərzaq anbarları dağıdılıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.