Quru Qoşunlarının komandanı İSTEFA VERDİ
    • Bu gün, 14:54
    • 208

Quru Qoşunlarının komandanı İSTEFA VERDİ

İsrail ordusunun Quru Qoşunlarının komandanı istefa verib.

News24.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) Quru Qoşunları Komandanlığının rəhbəri general-mayor Tamir Yadai şəxsi səbəblərə görə istefa verib.

Yadai son üç il ərzində Quru Qoşunlarının rəhbəri vəzifəsində çalışıb.

İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi və müdafiə naziri Yoav Gallant Yadainin istefasını qəbul edib.

Onu kimin əvəzləyəcəyi hələlik bəlli deyil.