-
- 3-09-2024, 16:10
- 401
Yanğında ölən Rafiq İslamovun çantasından NƏLƏR ÇIXDI - FOTO
News24.az Musavat.com-a istinadla xəbər verir ki, "28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə baş verən yanğından sonra hadisə yerində tam sakitlikdir.
Hazırda Özüldə olan əməkdaşlardan biri müxbirimizə ətrafın son foto və videosunu çəkib, yollayıb: "Bunları yayın, neftçi ailələri sakit olsunlar", deyə, neftçi dostumuz müxbirimizə söyləyib.
O deyib ki, hadisə nəticəsində həlak olan 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq oğlunun toyuna hazlrlaşırdı: " Rəhmətıik Siyəzəndən idi. 10 sentyabrda növbəsi bitəcəkdi, 15 sentyabrda oğlunun toyu təyin olunmuşdu. Dəvətnamələr sumkasında idi. Burada yazdı, iş yoldaşlarına aid olanları payladı, evinə dönəndən sonra qohum qardaşın da dəvətnaməsini verəcəkdi. iki-üç ay sonra da təqaüdə çıxacaqdı, qismət olmadı..."
Xatırladırıq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.
Bu barədə Musavat.com-a “Azneft”dən bildirilib.
Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Yayılan rəsmi xəbərdə bildirilir ki, hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.