Bu mənzillər BAHALAŞDI: 62%-ə qədər...
    • 3-09-2024, 16:28
    • 473

Bu mənzillər BAHALAŞDI: 62%-ə qədər...

Zəngin ölkələrin əhalisinin daşınmaz əmlak qiymətlərindən narazılıq səviyyəsi rekord həddə çatıb.

News24.az bu barədə “Financial Times”-ə istinadla yazır.

38 ölkədən mənzilin əldə edilməsi imkanından ən çox narazı olanlar İspaniyadır. İspanların 62%-i bahalı daşınmaz əmlak problemindən narahatdır. Bu, maliyyə böhranından bəri ən yüksək göstəricidir.

İspaniyada vəziyyət o həddə çatıb ki, Barselona rəhbərliyi şəhərdə artan əmlak qiymətlərini cilovlamaq məqsədilə yerli sakinlərin turistlərə mənzil kirayə verməsini qadağan etmək qərarına gəlib.

ABŞ-də bu il mənzil qiymətlərindən narazı olanların sayı 60%-ə çatıb. Almaniyada demək olar ki, hər ikinci insan aşağı mənzil imkanlarından şikayət edir ki, bu da 2012-ci illə müqayisədə iki dəfə çoxdur.

Əsasən yaşı 30-dan aşağı olan şəxslər daşınmaz əmlak bazarındakı vəziyyətdən narahat olduqlarını bildiriblər.

Məryəm İlhamqızı