Tbilisidə qatar platformaya çırpıldı - 2 ölü var
    • Bu gün, 16:42
    • 106

Tbilisidə qatar platformaya çırpıldı - 2 ölü var

Gürcüstanın paytaxtı Tbilisidə sərnişin qatarı platformaya çırpılıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə yolun Didube-Avçala hissəsində qeydə alınıb. 

Bildirilir ki, Batumidən gələn qatarın platformaya çırpılması nəticəsində 2 nəfər həlak olub.

Sözügedən şəxslər "Gürcüstan Dəmir Yolları" şirkətinin əməkdaşlarıdır. Sərnişinlər arasında xəsarət alan olmayıb. 

Hazırda qatarın hərəkəti dayandırılıb. Qəza ilə bağlı araşdırma aparılır.