15 yaşlı Zəhra itkin düşdü
    • Bu gün, 16:44
    • 167

15 yaşlı Zəhra itkin düşdü

Sumqayıtda yeniyetmə itkin düşüb.

News24.az xəbər verir ki, 15 yaşlı Zəhra Malıyeva sentyabrın 2-si saat 11:00 radələrində 9-cu mikrorayonda yaşadığı evdən mağazaya düşüb və geri qayıtmayıb.

Yeniyetmənin valideynləri tərəfindən Sumqayıt24-ə verilən məlumata görə, Zəhranın üzərində süd rəngi köynək, qara şort və çəhrayı rezin tərlik var idi.

Faktla bağlı polisə müraciət edilib. Hazırda axtarış aparılır.

Zəhra Malıyevanı görənlərdən (051) 233-56-45 nömrəsi ilə əlaqə saxlamaqları xahiş olunur.//qaynarinfo