-
- 3-09-2024, 16:49
- 8 147
200-dən çox insan xəstəxanaya yerləşdirildi - YENİ VİRUS YAYILIR?
Rusiyanın Baksan şəhərində 200-dən çox insan bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Mash Gor Telegram kanalı məlumat yayıb.
Zəhərlənənlərin dəqiq sayı göstərilməyib, lakin xəstəxanada 230-dan çox adam olduğu, onlardan ikisinin reanimasiyada olduğu bildirilib.
Güman edilib ki, insanlar sudan və ya virusdan zəhərlənə bilər.
Bir neçə təhsil müəssisəsi, o cümlədən bir kollec, iki məktəb və iki uşaq bağçası karantinə bağlanıb.
Məryəm İlhamqızı