946 km/s sürətlə yolu keçən avtomobil GÜNDƏM OLDU
    • Bu gün, 16:57
    • 230

946 km/s sürətlə yolu keçən avtomobil GÜNDƏM OLDU

Türkiyədə qeyri-adi hadisə baş verib. 

News24.az-ın xəbərinə görə, bir avtomobil maghistral yolu 946 km/s sürətlə yolu keçərək radarlara düşüb. Bu sürət, ən sürətli avtomobillərin belə çata bilməyəcəyi dərəcədədir və hadisə sosial mediada böyük səs-küyə səbəb olub.

Məlumata görə, 07GRY52 dövlət nömrə nişanlı avtomobil barəsində İstanbul Yol Polisi İdarəsi tərəfindən araşdırma başlanılıb. Təhlükəsizlik kameralarının qeydləri və radar məlumatları incələnir. Həmçinin radarlarda hər hansı texniki problemin olub-olmaması da araşdırılır.

Bu hadisə İstanbul sakinləri arasında geniş müzakirələrə səbəb olub və şəhərin yol təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Aqil Qarayev