-
- 3-09-2024, 17:03
- 323
İstilərdən ölənlərin sayı 248-ə YÜKSƏLDİ
Tokio Böyükşəhər Qubernatorluğunun Tibbi Müayinə Bürosu həddindən artıq istilərin səbəb olduğu ölümlərlə bağlı məlumatları yeniləyib.
News24.az xəbər verir ki, iyun-avqust ayları arasındakı 3 aylıq dövrdə paytaxt metropolunda yüksək temperaturdan ölənlərin sayı 248-ə yüksəlib.
Araşdırmalar zamanı ölənlərin yaşlarının 40-90 arasında olduğu, yaşadıqları evlərdə və iş yerlərində kondisioner olmadığı və ya aktiv istifadə edilmədiyi müəyyən edilib.
Kondisionerdən istifadəni təşviq edən bəyanatda bu ifadələr yer alıb: "İsti vurma nəticəsində ölümün qarşısını almaq olar. Ona görə də isti günlərdə kondisionerdən istifadə edin".
Məryəm İlhamqızı