Üz tanıma şirkəti 30,5 milyon avro CƏRİMƏLƏNDİ
    • Dünən, 23:58
    • 103

Üz tanıma şirkəti 30,5 milyon avro CƏRİMƏLƏNDİ

Hollandiyanın Məlumatların Mühafizəsi İdarəsi (DPA) qeyri-qanuni üz tanıma bazası yaratdığına görə Clearview AI proqram təminatı şirkətini 30,5 milyon avro cərimələyib.

News24.az xəbər verir ki, DPA-nın verdiyi açıqlamada, bütün dünyada üz tanıma texnologiyası xidmətləri göstərən Avstraliyanın Clearview AI-nin milyardlarla üz fotoşəkilindən ibarət “qanunsuz məlumat bazası” yaratdığı üçün cərimə olunduğu bildirilib.

Açıqlamada, sözügedən məlumat bazasının yaradılması və şəkilləri verilənlər bazasına daxil edilən şəxslərin lazımi şəkildə məlumatlandırılmamasının Avropa Birliyi ölkələrində qüvvədə olan Ümumi Məlumatların Qorunması Qaydasını (GDPR) ciddi şəkildə pozduğu qeyd olunub.

DPA, Hollandiya şirkətlərini Clearview xidmətlərindən istifadə etməmələri ilə bağlı xəbərdar edib və bildirib ki, Clearview AI GDPR pozuntularını dayandırmasa, onları cərimələrə əlavə olaraq 5,1 milyon avroya qədər uyğunsuzluq cəzası gözləyir.

Məryəm İlhamqızı