Metroda nasazlıq: Sərnişinlər vaqonlardan düşürdüldü
    • 3-09-2024, 17:23
    • 307

Metroda nasazlıq: Sərnişinlər vaqonlardan düşürdüldü

"Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib. 

News24.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Nəticədə, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.

Xəttə dərhal ehtiyat qatar buraxılıb.