Alimlərdən Günəşdə baş verən təhlükə ilə bağlı XƏBƏRDARLIQ
    • 3-09-2024, 23:00
    • 826

Alimlərdən Günəşdə baş verən təhlükə ilə bağlı XƏBƏRDARLIQ

Günəşdə son dərəcə güclü partlayışın əlamətləri müşahidə edilib.

Bu partlayış Yer kürəsindən görünməyən tərəfdə baş verib və onun nəticələri planetimizə çata bilər.

Şəkillərdə son illərin ən iri plazma buludlarından biri aydın şəkildə görünür. Rusiya Elmlər Akademiyasının Kosmik Araşdırmalar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası açıqlama verib ki, bulud Günəşin cənub-şərq kənarından ən azı 1,5 min km/saniyə sürətlə atılıb.

Günəş diski demək olar ki, tamamilə ekranlansa da, Yer kürəsinə M5.5 səviyyəsində radiasiya axınları çatıb. Bu partlayış X sinfinin maksimum həddi ilə müqayisədə iki dəfə zəif olub.

Hazırda tədqiqatçılar Günəşin səthində belə güclü partlayış yarada biləcək ləkələr görməyiblər. Onlar ehtimal edirlər ki, Günəşin kənarında yeni supermərkəz mövcuddur. Bu obyekt hələ Yer kürəsində gizlənir, lakin yaxın zamanlarda planetimizin nəzər sahəsinə düşə bilər.

Tədqiqatçılar əlavə ediblər ki, bu obyektin "baş" hissəsi3813 ləkələr qrupundan ibarətdir və əsas kütlə şərq kənarının arxasında gizlənib./BAKU.WS