“Mühasirəyə düşə bilərik”
    • Bu gün, 18:11
    • 132

“Mühasirəyə düşə bilərik”

Rusiya qoşunları hazırda şiddətli döyüşlərin getdiyi Selidovu ələ keçirə bilsələr, Pokrovsk üzərinə hücuma keçə biləcəklər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu ukraynalı hərbi analitik Denis Popoviç deyib.

“Pokrovskda döyüşlərin baş vermə ehtimalı olduqca yüksəkdir, çünki düşmən daha da irəliləmək istəyir. Amma bu gün onun başqa missiyası var: Selidova hücum etməyə çalışırlar, bu, Pokrovska girmək üçün lazımdır. Bu məqsədlə cinahlarını daha da genişləndirməyə çalışırlar”, - ekspert bildirib.

Onun sözlərinə görə, hazırda rus qoşunları Nevelski və Krasnoqorivka istiqamətlərində hücuma keçib, Qalitsinivka da diqqət mərkəzindədir: “Məhz bu yaşayış məntəqələrinin ərazisində yerləşən qoşunlarımızın müəyyən qrupunun mühasirəyə düşməsi təhlükəsi var”.

Popoviçin versiyasına görə, gələcəkdə rusların irəliləməsi halında Kuraxovo üçün təhlükə yaranacaq.

“Hazırda şiddətli döyüşlərin getdiyi Selidov tutulsa, Pokrovska hücuma keçə biləcəklər. Aradakı məsafə təxminən 10 kilometrdir”.

Analitik əmindir ki, amansız döyüşlər və müdaxilədən əvvəl mülki əhali Pokrovsku tərk etməlidir.