-
- 4-09-2024, 10:29
- 281
Ukraynanın Xarici İşlər Naziri İSTEFA VERDİ
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsini təqdim edib.
News24.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk öz Facebook səhifəsində yazıb.
“Ukrayna Ali Radası Ukraynanın xarici işlər naziri Kuleba D.-dən bəyanat alıb... Mən istefa vermək üzrəyəm”, - mesajda deyilib.
Stefançukun aydınlaşdırdığı kimi, nazirin bəyanatına qarşıdakı plenar iclaslardan birində baxılacaq.
Qeyd edək ki, Kulebanın istefasını əvvəllər Ali Radanın deputatı Aleksey Qonçarenko proqnozlaşdırıb. Onun sözlərinə görə, nazirə artıq “kağız və qələm verilib”.
Məryəm İlhamqızı