-
- 10-06-2019, 16:22
- 2 087
"EGE Hospital"da xarici vətəndaş tibbi yardım alan zaman ölüb
Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb. News24.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege hospital”da qeydə alınıb. Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.
“Ege Hospital” bu klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb. Hospitaldan daxil olan açıqlamada deyilir ki, Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb: “Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”da heç bir əməliyyat icra olunmayıb.
Xatırladaq ki, Yadrişnikova Lyudmila Rusiyada onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiyada edilən tibbi müdaxilələr dayandırılıb”.
Ölüm faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.