Hava limanında Hadiseni qorxutdular - VİDEO
    • Bu gün, 18:03
    • 133

Hava limanında Hadiseni qorxutdular - VİDEO

Aktyor Kerem Bürsin müğənni Hadiseni qorxudub.

News24.az OLAY-a istinadla yazır ki, hadisə İstanbul Beynəlxalq Hava Limanında baş verib.

Beləki, uzaqdan Hadiseni görən Kerem ona tərəf qaçıb. İfaçıya yaxınlaşan aktyor qışqıraraq təkrar – təkrar “Hadisə xanım” sözlərini dilə gətirib.

Bu anda isə Hadise qorxaraq nə deyəcəyini bilməyib. Üzünü döndərib Bürsini görəndə isə aktyor onu qucaqlayaraq, gülərək sakitləşdirib. 

Həmin anları isə Kerem sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Venesiyanın Lido adasında gerçəkləşən dünyanın ən qocaman beynəlxalq film festivalında sabah yəni sentyabrın 5-də Kerem və Hadise də iştirak edəcəklər.