Acun Ilıcalı 4-cü dəfə evlənir! GƏLİNDƏN İLK FOTOlar
    • Bu gün, 18:13
    • 197

Acun Ilıcalı 4-cü dəfə evlənir! GƏLİNDƏN İLK FOTOlar

Şeyma Subaşı ilə boşandıqdan sonra Ayça Çağla Altunkaya ilə sevgili olan və illərdir ictimaiyyətdən uzaq münasibətdə olan Acun Ilıcalı bu gün dördüncü dəfə evlənir. 

News24.az xəbər verir ki, Ilıcalının gələcək həyat yoldaşı Ayça Çağla Altunkaya toya hazırlaşdığı görüntüləri paylaşıb.

Hazırlıq prosesində ağ xalat geyinən və həyəcanı üzündə əks olunan Ayça Çağla Altunkaya zaman-zaman rəqs edib. Gəlinlik tacını sınayan Altunkayanın geyinəcəyi gəlinlik isə maraq doğurub. 

Qara temalı toy dəvətnaməsinə üstünlük verən Ilıcalı və Altunkaya geyim kodu kimi də qara rəngi seçiblər. Cütlük toylarını yaxın ətrafları ilə malikanədə keçirəcəklərini bildirərək dəvətə "Lütfən sosial mediaya girməyin" qeydini əlavə ediblər.

Digər tərəfdən, Ayça Çağla Altunkayanın uşaq gözlədiyi, cütlüyün bu səbəbdən evləndiyi iddia edilib. “Gazete” jurnalına açıqlamasında hamiləlik iddiasını təkzib edən Altunkaya “İki aydan bir hamiləliyimlə bağlı xəbərlər yaymağı dayandırın” deyib.

Məryəm İlhamqızı