-
- 5-09-2024, 10:56
- 331
20 min adamın itdiyi vahiməli bölgə - Alyaska üçbucağının SİRRİ
Dünyanın müxtəlif yerlərində itkin düşmə halları hər zaman diqqət çəkib. Yəqin ki, çoxları Bermud üçbucağı haqqında eşidib. Bəs Alyaskada da oxşar ərazinin olduğunu bilirdinizmi?
"Alyaska üçbucağı" adlanan bu bölgədə son 50 ildə 20.000-dən çox insan itkin düşüb.
Bura dünyada itkin düşənlərin olduğu ən yüksək göstəriciyə sahib yerlərdən biridir.
News24.az baku.ws-ə istinadən xəbər verir ki, Alyaska üçbucağı təxminən Ankoric və Juneaudan şimalda Utqiagvik şəhərinə qədər uzanan böyük bir bölgəni əhatə edir.
Bu bölgənin maraqlı tərəfi odur ki, itkin düşmüş insanların sayının çox olmasına baxmayaraq, Alyaskanın əhalisi azdır. Əslində, Alyaskada ABŞ-dəki itkin sayından iki dəfə çox, hər il orta hesabla 2250 adam itkin düşür.
Alyaska üçbucağının ən diqqətəlayiq hadisələrindən biri 1972-ci ildə baş verib. ABŞ Nümayəndələr Palatasının lideri Tomas Hale Boggs Sr. və Alyaska konqresmeni Nik Beqiç Ankoricdən Cüneoya yola düşəndə onlardan bir daha xəbər alınmadı. Hadisədən sonra geniş axtarış aparılsa da, nə təyyarənin, nə də sərnişinlərin izinə rast gəlinməyib.
Bir çox insan yoxa çıxmaların sirrini yadplanetlilər və maqnit sahələri kimi nəzəriyyələrlə izah etməyə çalışsalar da, elmi reallıq daha sadə bir səbəbə işarə edir: Alyaskanın ifrat tənha və vəhşi təbiəti.
Alyaska Amerikanın ən böyük ştatı olsa da, onun yalnız 1 faizi insan məskunlaşması ilə əhatə olunub. Əhali sıxlığının son dərəcə aşağı olduğu bu bölgədə təbiətdə itmək və ya vəhşi heyvanların hücumuna məruz qalmaq kimi təhlükələr həmişə mövcuddur.
İtkin düşənlərin bəziləri illər sonra tapılıb. 1970-ci illərdə yoxa çıxan Nyu Yorklu Gary Frank Sotherden-in sümükləri illər sonra Alyaskanın Porcupine çayının sahilində tapılıb və onun ayı hücumuna məruz qaldığı güman edilir.