Milli Məclisə düşən müxalifətçilər... - SİYAHI
    • Bu gün, 13:06
    • 437

Milli Məclisə düşən müxalifətçilər... - SİYAHI

Azərbaycanda parlament seçkiləri artıq yekunlaşıb. Seçilənlər arasında xeyli tanınmış simalarla yanaşı yeni insanlar da var. Bu seçkilərdə Yeni Azərbaycan Partiyası ilə yanaşı bir sıra müxalif partiyaların namizədləri də parlamentə seçilib.

News24.az 2024-cü ildə parlamentdə mandat qazanan müxalif partiyaların deputatlarının siyahsını təqdim edir. 

Bu siyahıya görə, növbəti 4 il ərzində pralamentdə müxalifəti 13 deputat təmsil edəcək.

1. Demokratik İslahatlar Partiyası (DİP), 22 saylı Nəsimi-Yasamal seçki dairəsi - Asim Mollazadə

2. Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), 116 saylı Qəbələ seçki dairəsi - Elşən Musayev

3. Böyük Quruluş Partiyası (BQP), 26 saylı Sabunçu birinci seçki dairəsi - Fazil Mustafa

4.Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD) 36 saylı Xətai-Suraxanı seçki dairəsi - Qüdrət Həsənquliyev

5. Vətəndaş Həmrəyliyi Partiyası (VHP), 70 saylı Neftçala seçki dairəsin - Tənzilə Rüstəmxanlı

6. Böyük Azərbaycan Partiyası (BAP), 10 saylı Binəqədi üçüncü seçki dairəsi - Elşad Musayev

7. Vətəndaş Həmrəyliyi Partiyası (VHP), 73 saylı Masallı-Cəlilabad seçki dairəsi - Fəzail İbrahimli

8. Ədalət, Hüquq və Demokratiya Partiyası (ƏHD), 90 saylı Ağsu seçki dairəsi  - Elçin Mirzəbəyli

9. Ana Vətən Partiyası (AVP), 65 saylı, Salyan - Biləsuvar - Neftçala seçki dairəsi - Günay Ağamalı

10. Respublikasçı Alternativ (REAL) Partiyası, 16 saylı Yasamal ikinci seçki dairəsi - Erkin Qədirli

11. Azərbaycan Milli İstiqalal Partiyası (AMİP), 27 saylı Sabunçu ikinci seçki dairəsi - Arzuxan Əlizadə

12. Milli Cəbhə Partiyası (MCP), 81 saylı İmişli seçki dairəsi - Razi Nurullayev

13. Vətəndaş Həmrəyliyi Partiyası (VHP), 63 saylı Hacıqabul - Kürdəmir seçki dairəsi - Rəfail Hüseynov

Aqil Qarayev