-
- 5-09-2024, 13:50
- 2 873
Musiqiçi qadın nişanlısı ilə birlikdə GÜLLƏLƏNDİ
İranın Gilan əyalətinin Rəşt şəhərində Yasəmən Rəhməti adlı musiqiçi güllələnərək öldürülüb.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, sentyabrın 4-də Rəhməti və onunla birlikdə olan nişanlısı şəhərin Pirbazar bölgəsində güllələniblər.
Şübhəlilər hadisə yerindən qaçıb. Onların saxlanılması üçün tədbirlər görüldüyü bildirilib.
Rəhməti həm də Tehran Universitetinin musiqi müəllimidir.