Azyaşlı uşağını tək qoyub plastik əməliyyata getdi
    • Dünən, 23:08
    • 169

Azyaşlı uşağını tək qoyub plastik əməliyyata getdi

ABŞ-dən olan qadın üç yaşlı uşağını evdə tək qoyub plastik əməliyyata getdikdən sonra həbs edilib. 

News24.az bu barədə Inside Edition-a istinadla yazır.

Floridadan olan Jessica Renteri valideyn hüquqlarına etinasızlıqda ittiham olunub. İstintaqın məlumatına görə, 25 yaşlı ana plastik əməliyyat üçün klinikaya gedərkən üç yaşlı uşağını evdə tək qoyub. Uşağı mənzilin astanasında yatdığını görən qonşular polisə müraciət ediblər.

Müşahidə kameralarına baxdıqdan sonra məmurlar müəyyən ediblər ki, Cessika adlı qadın səhər saat 10 radələrində evdən çıxıb və giriş qapısını bağlamayıb. Amerikalı qadının uşağı qapıya çıxıb, gün boyu evdə və həyətdə dolanıb.

Renteri evindən bir neçə kilometr aralıda xəstəxanada həbs edilib. Məhkəmə onu təqsirli bilsə, onu 5 ilə qədər həbs gözləyir. 

Məryəm İlhamqızı