Ağdaşda qadınlar arasında DAVA-DALAŞ - – Cinayət işi açıldı

Ağdaşda qadınlar arasında DAVA-DALAŞ - – Cinayət işi açıldı Kriminal
Ağdaş rayonunda qadınlar arasında baş vermiş dava-dalaşa görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Ağdaş Rayon Polis Şöbəsində Hüseynova Şəhanə Rəcəb qızının Əhmədova Əsli Zeynal qızı tərəfindən döyülməsi ilə bağlı Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə iş açılıb.

Hadisədən sonra Şəhanə Hüseynova xəstəxanaya müraciət edib və xəsarət alması ilə bağlı ekspertiza rəyi alıb.

Araşdırmalar aparılır.