-
- 5-09-2024, 18:52
- 290
Şamaxıda kişi peyin qoxusuna görə qonşularını bıçaqladı
Şamaxıda baş verən bıçaqlanma ilə bağlı təfərrüatlar məlum olub.
News24.az Lent.az-a istindala bildirir ki, bıçaqlanan Şamaxı şəhər sakinləri Laçın Məmmədov və Əlisəfa Məmmədov qardaşlardır. Saxlanılan Fərhad Əhmədov isə onların qonşusu olub.
Məlumata əsasən, Fərhad Əhmədovla qonşuları arasında əvvəllər də mübahisə olub. Mübahisəyə səbəb isə qonşuların həyətində mal-qara (peyin) qoxusu gəlməsi olub. Dünən axşam da eyni məsələ üstündə baş verən mübahisə daha da böyüyüb. Bu zaman Fərhad Əhmədov qonşusu olan qardaşları bıçaqlayıb.
Hazırda araşdırma aparılır.