Küçədə dostları ilə söhbət edərkən üstünə əl qumbarası atdılar
    • Bu gün, 01:06
    • 119

Küçədə dostları ilə söhbət edərkən üstünə əl qumbarası atdılar


Türkiyənin Adana şəhərində dəhşətli hadisə baş verib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, dostları ilə küçənin ortasında söhbət edən şəxs naməlum birinin əl qumbarası və tapança ilə hücumuna məruz qalıb.

Hücuma məruz qalan şəxs ağır yaralanıb. Hadisə anı kameraya düşüb.

Təcili yardım tərəfindən xəstəxanaya aparılan Adem Şişin müalicəsi davam edir. Onun vəziyyətinin ağır olduğu öyrənilib.

Faktla bağlı araşdırmalar aparılır. Polis hadisəni törədən şəxsi axtarır.