-
- 6-09-2024, 20:14
- 1 291
Yanlış insana meyl edən bürclər - Onları bədbəxt edənləri seçirlər
Bəzi bürclər münasibətlərdə düzgün tərəfdaş seçməyin çətinlikləriylə üzləşirlər. Bu bürclər tez-tez emosional ehtiyac, yanlış mühakimə və ya həddindən artıq idealizm səbəbiylə qeyri-adekvat münasibətə üstünlük verməli olurlar.
Balıqlar - xəyalpərəst və romantik təbiəti ilə tanınır. Partnyorlarını həddən artıq romantikləşdirməyə meylli olduqları üçün asanlıqla yanlış insanlara bağlana bilirlər. Nəticədə onlar tez-tez xəyal qırıqlığı yaşayırlar.
Tərəzi - tarazlıq və harmoniya axtarmaqla tanınır. Ancaq bu axtarış onları bəzən yanlış tərəfdaşlara aparır. Münaqişədən qaçmaq və harmoniyanı qorumaq üçün Tərəzilər hətta onlara uyğun olmayan insanlara da dözə bilirlər. Bu bürc əlaqələrdə tez-tez özlərini qurban verməyə meyllidirlər.
Xərçəng - emosional dərinliyi və sədaqəti ilə tanınır. Ancaq dərin emosional əlaqə arzusu onları uyğun olmayan tərəfdaşlara ürcah edən amil ola bilər. Xərçənglər partnyorlarını qorumaq və onlara qayğı göstərmək istəyinə görə emosional cəhətdən qeyri-sabit və ya manipulyasiya edən insanlarla münasibət qura bilərlər.
Oxatan - macəraçı və azad ruhludur. Bu bürc münasibətlərdə həyəcan və yenilik axtardığı üçün bəzən özünə uyğun olmayan partnyorları seçirlər. Oxatanlar qısa müddətli həyəcan və müvəqqəti macəraların arxasınca getsələr də, uzunmüddətli uyğunsuzluqları görməzdən gələ bilərlər./teleqraf.com