Rəşad Vəliyev yeni vəzifəyə təyin olundu
    • Bu gün, 01:20
    • 85

Rəşad Vəliyev yeni vəzifəyə təyin olundu


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Şəmkir rayonunda fəaliyyət göstərən Maşın-Kanalı İstismarı İdarəsinə yeni rəis təyin olunub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə bu posta həmin idarədə müxtəlif vəzifələrdə çalışan Rəşad Vəliyev gətirilib.

Qeyd edək ki, idarənin əvvəlki rəisi Vaqif Məmmədov bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.