Uzun ömür yaşamağın 3 sirri - Bu vərdişlər qadınları tez qocaldır
    • Bu gün, 19:07
    • 173

Uzun ömür yaşamağın 3 sirri - Bu vərdişlər qadınları tez qocaldır

Qadın neçə yaşında olur-olsun, həmişə gənc və cazibədar qalmaq istəyir. Ancaq bir neçə vərdiş var ki, gəncliyi qorumağa imkan vermir.

News24.az Teleqraf.com-a istinadla qadınlara tez qocalmamaq üçün nələrdən çəkinməli olduqlarını təqdim edir.

Əllərinizlə üzünüzü və gözlərinizi ovuşdurmaq vərdişi. Əllərinizdə üz dərisinə keçə biləcək çoxlu bakteriya olur. Nəticədə sizi yaşlı göstərən səpgilər yarana bilər.

Çəki artıqlığı. İdman zalında məşq etmək hər kəs üçün deyil. Ona görə sadəcə pəhrizə nəzarət edin. Daha çox tərəvəz, protein olaraq meyvə istehlak edin. Şirniyyat, yağlı və nişastalı qidalardan uzaq durmaq daha yaxşıdır.

Göz qıymaq. Üz qırışları qadının yaşını ortaya çıxarır. Əgər gəncliyinizi daha uzun saxlamaq istəyirsinizsə, üz ifadələrinizə nəzarət etməlisiniz. Bu, dərinin sürətli qocalmasının qarşısını almağa kömək edəcək.

Su içməmək vərdişi. Bəzi insanlar işlərinin çoxluğundan çox vaxt su içməyi unudurlar. Ancaq bu, bədəninizin daha da tez qocalmasına səbəb ola biləcək əsas səhvlərdən biridir. Su içməyi unutmayın, sonra dərinizin necə parıldadığını və bədəninizin daha enerjili olduğunu görəcəksiniz.