Hündürlükdən yıxılan uşaq SAĞ QALDI
    • 9-09-2024, 19:12
    • 244

Hündürlükdən yıxılan uşaq SAĞ QALDI

Moskva vilayətində dəhşətli hadisə baş verib.

News24.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Hadisə Podolskdakı çoxmərtəbəli binaların birində baş verib. Dörd yaşlı qız uşağı hündürlükdən yıxılıb. 

İlkin məlumata görə, uşaq beşinci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Zərərçəkmiş sağ qalıb və çoxsaylı bədən xəsarətləri ilə Moskva vilayət xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Qəzanın baş vermə şəraiti araşdırılır.

Məryəm İlhamqızı