-
- 9-09-2024, 13:08
- 543
Narinin tabutu toya geyinəcəyi gəlin paltarı ilə bəzədildi - VİDEO
Avqustun 21-də Tavşantəpə məhəlləsində itən və dünən İftutmaz dərəsində cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın ölümü ilə bağlı aparılan istintaq davam edir.
News24.az xəbər verir ki, 11 saata yaxın davam edən yarılmadan sonra Narinin meyiti bu gün səhər saatlarında təhvil verilib.
Narinin cənazə namazı qonşu Batı Karakoç kəndində qılınıb. Narinin cənazəsi yaşadığı Tavşantəpə rayonunda torpağa tapşırılıb.
Qeyd edək ki, onun tabutu əmisi oğlunun toyu üçün alıb, ancaq geyinə bilmədiyi gəlinlik libası ilə bəzədilıib.
Onu da xatırladaq ki, istintaq çərçivəsində Narin Güranın anası, atası, iki böyük qardaşı, dörd dayısı və dayısı S.G.-nin həyat yoldaşı da daxil olmaqla 24 nəfər saxlanılıb.
Günel Məlikzadə