"YouTube" videosu ilə ƏMƏLİYYAT ETDİ - ÖLÜMÜNƏ SƏBƏB OLDU
    • 9-09-2024, 13:55
    • 348

"YouTube" videosu ilə ƏMƏLİYYAT ETDİ - ÖLÜMÜNƏ SƏBƏB OLDU

Hindistanda həkimin 15 yaşlı uşağın ölümünə səbəb olduğu bildirilib.

News24.az xəbər verir ki, NDTV-nin məlumatına görə, Biharda öd kisəsi əməliyyatından sonra dünyasını dəyişən uşağın ailəsi hadisə ilə bağlı açıqlama verib.

Ailəsi qusma və qarın ağrısı əlamətləri ilə xəstəxanaya yerləşdirilən uşağın həkim tərəfindən “YouTube videosu”nun köməyi ilə əməliyyat olunduğunu iddia edib.

Əməliyyat zamanı ürəyi dayanan uşağın təcili yardımla başqa xəstəxanaya aparılarkən dünyasını dəyişdiyini iddia edən ailəsi övladının ölümünə "saxta həkim"in səbəb olduğunu deyib.

Ailə, həkimin uşaqlarını xəstəxanada qoyaraq qaçdığını iddia edib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Məryəm İlhamqızı