-
- 9-09-2024, 15:20
- 555
Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir? – Anası onu... – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ucarda həddi-buluğa çatmayan 16 yaşlı qız qaçırılıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün feysbuk hesabında paylaşım edib.
O bildirib ki, Ucar rayonunun Bərgüşad kəndində 17 yaşlı yeniyetmə 16 yaşlı qızı qaçırıb.
Musavat.com qaçırılan qızın taleyi ilə maraqlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.