Dişləri mirvari kimi ağardan 3 meyvə
    • 9-09-2024, 21:35
    • 561

Dişləri mirvari kimi ağardan 3 meyvə

Diş baxımı həm estetik, həm də gigiyena baxımından çox önəmlidir. Dişlərimizin ağlığını qorumaq üçün müntəzəm olaraq dişlərimizi fırçalamalı olsaq da, bəzən bu kifayət olmaya bilər.

News24.az xəbər verir ki, ağız boşluğuna düzgün qulluq edilməməsi, bəzi xəstəliklər və xarici faktorlar səbəbindən dişlərimiz zədələnə bilər. 

Sağlam tərkibi ilə dişlərin təbii ağlığını qaytarmasına kömək edən bəzi meyvələr var.

Alma və portağal kimi meyvələr məlum təbii üsullar arasında olsa da, mütəxəssislər dişləri ən yaxşı ağardan 3 meyvəni açıqlayıb. Budur dişlərin ağardılmasını artıran 3 meyvə:

Kivi: Kivi C vitamini ilə zəngindir və eyni zamanda bol kalsium ehtiva edir. Bir fincan kivinin tərkibində diş və sümük sağlamlığı üçün vacib olan 61 mq kalsium var. Kivinin faydalarından səhərlər acqarına yemək və ya suyunu içməklə faydalana bilərsiniz.

Ananas: Bol su tərkibi ilə ananas orqanizmimizin ehtiyac duyduğu bir çox mineral və vitaminləri ehtiva edir. Bundan əlavə, kalsiumla zəngin olan ananas dişlərin ağardılmasında ən təsirli meyvələrdən sayılır. Lakin şəkəri yüksək olduğu üçün diabet xəstələrinə tövsiyə edilmir.

Ərik qurusu: Kalsiumla zəngin olan digər meyvə də ərik qurusudur. Bir porsiya quru ərik gündəlik kalsium ehtiyacımızın 14 faizini qarşılamağa kömək edir. Bu, onun sümük və diş sağlamlığımız üçün əhəmiyyətini ortaya qoyur. Quru ərik diş ağardıcı piqmentlərlə də zəngindir.

Məryəm İlhamqızı