Ulduz futbolçu "Super Liqa"ya gəlir
    • Bu gün, 16:46
    • 96

Ulduz futbolçu "Super Liqa"ya gəlir

"Beşiktaş" Səudiyyə Ərəbistanının "Əl Nassr" klubunda çıxış edən dünya şöhrətli futbolçu Sadio Mane ilə müqavilə imzalayacaq.

News24.az xəbər verir ki, "Beşiktaş"ın prezidenti Həsən Arat ötən həftə Səudiyyə Ərəbistanına gedərək "Əl-Nassr"ın prezidenti Musalli Əl-Muammerlə görüşüb.

Görüş zamanı “Beşiktaş” və “Əl Nassr” arasında iki klubun oyunçu transferlərində bir-birlərinə üstünlük verməsi üçün prinsipial razılıq əldə olunub.

Bu görüşdə Arat yaxın dostu El-Muammerdən Manenin transferini asanlaşdırmasını istəyib.

Eyni zamanda, Beşiktaş kluba göndərilmək üçün Aboubakar, Chamberlain və Amartey kimi adlar axtarır.

Günel Məlikzadə