Turist bazara lüt çıxdı - Ara qarışdı - VİDEO
    • 11-06-2019, 18:23
    • 993

Turist bazara lüt çıxdı - Ara qarışdı - VİDEO

Türkiyədə Muğla şəhərinə gələn turistlərdən biri ortalığı qarışdırıb. 

News24.az –ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, sərxoş əcnəbi lüt halda küçəyə çıxaraq bazarda dolaşıb. Bu bəs deyilmiş kimi o, qışqıraraq hər kəsin diqqətini çəkmək istəyib.

Bunu görən bazar camaatı rüsvayçılığa əngəl olmağa çalışıb. Onlar əcnəbi turistin bədənini ağ örtüklə sarımağa çalışıblar.
Amma sərxoş turist onu “geyindirmələrinə” imkan verməyib. Nəticədə bazar camaatı ilə onun arasında mübahisə yaşanıb.
Ətrafdakıların təpkisindən sonra o, satıcılardan birinin köməyi ilə qaldığı otelə geri dönüb.