Ana və 2 yaşlı uşağı DƏNİZƏ DÜŞDÜ
    • 9-09-2024, 17:52
    • 286

Ana və 2 yaşlı uşağı DƏNİZƏ DÜŞDÜ

Ana və 2 yaş yarımlıq qızı dənizə düşüb. 

News24.az xəbər verir ki, hadisə ötən gecə Eminönü körpüsündə baş verib. 

Sarıçayır ailəsi tur gəmisi ilə gəzintiyə çıxıb. Turdan sonra qayıq kapitanı sahilə yaxınlaşanda ana Resime Sarıçayır və 2 yaş yarımlıq qızı E.Ç. qayıqdan düşüb.

Həyat yoldaşı və uşağının qayıqdan düşdüyünü görən ata və qayıq kapitanı da dənizə atılıblar. Ata və kapitan ana ilə uşağı dənizdən çıxarıblar.

Xəbərdarlıq üzərinə hadisə yerinə gələn tibb qrupları ana və uşağı xəstəxanaya aparıb, onların səhhətinin yaxşı olduğu müəyyən edilib. 

Qayıq kapitanı dindirilmək üçün polis bölməsinə aparılıb.

Məryəm İlhamqızı