-
- 9-09-2024, 18:44
- 314
Qızını öldürən şəxs barəsində cinayət işi açıldı
Sankt-Peterburq sakini barəsində cinayət işi başlanıb.
News24.az xəbər verir ki, vətəndaş qızını qətlə yetirməkdə şübhəli bilinib.
Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin materiallarına görə, faciə ötən gün Polikarpov xiyabanındakı mənzildə baş verib. Sərxoş vəziyyətdə olan 39 yaşlı yerli sakin 18 yaşlı qızını bıçaqlayıb.
Baş, boyun və bədən nahiyələrindən aldığı çoxsaylı yaralar nəticəsində qız hadisə yerində dünyasını dəyişib.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Məryəm İlhamqızı