Arda Gülər “Qalatasaray”a gedir?
    • 10-09-2024, 11:37
    • 530

Arda Gülər “Qalatasaray”a gedir?

İspaniyanın “Real Madrid” klubunda çıxış edən türkiyəli futbolçu Arda Gülərlə bağlı sürpriz bir iddia yayılıb.

News24.az “Cebheinfo.az”-a istinadla xəbər verir ki, gənc ulduzun “Qalatasaray”a transfer ola biləcəyi gündəmə gəlib.

Bu barədə türk mediasında xəbərlər dərc olunub. Bütün bunlara isə Arda Gülərin babası Mehmet Ali Gülər cavab verib.

O, “Beyaz TV”-yə açıqlamasında sözügedən iddiaların həqiqəti əks etdirmədiyini deyib:

“Ardanın “Qalatasaray”a transfer olacağı barədə xəbərlər doğru deyil. O, bu il “Real Madrid”də çox matçda oynayacaq.

Düzdür, fiziki cəhətdən çatışmamazlıqları var, amma bu il daha yaxşı olacaq. Kimsə Arda Gülər “Qalatasaray”a, “Fənərbağça”ya gələcəyini deməsin. O, artıq Türkiyəyə gəlməz”.