Fənərbaxça-da daha bir ayrılıq
    • 10-09-2024, 15:53
    • 446

Fənərbaxça-da daha bir ayrılıq

"Fənərbağça"da gözləntilərin altında qalan Emre Mor komandadan ayrılır.

News24.az xəbər verir ki, Joze Mourinyonun planları arasında olmayan Morun Super Liqada talibi var idi.

"Hatayspor"un yeni baş məşqçisi Rıza Çalımbay Moru heyətində görmək istəyir.

"Fənərbaxça" ilə "Hatayspor" Morun transferi üçün anlaşıb.

Günel Məlikzadə