ŞAD XƏBƏR! Bu şəxslərin maaşları ARTIRILDI
    • Bu gün, 16:48
    • 2 606

ŞAD XƏBƏR! Bu şəxslərin maaşları ARTIRILDI

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları qaldırılıb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.

Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək. Elmi Şura həmçinin BDU əməkdaşlarının əməkhaqlarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.