-
- 11-09-2024, 07:59
- 269
Rusiya neftinin tədarük 9 dəfə azaldı - SƏBƏB
Son iki ildə Rusiya neftinin Avropa İttifaqına tədarük həcmi 9 dəfə azalıb.
News24.az xəbər verir ki, bunu “RİA Novosti” nin apardığı milli statistika xidmətlərinin məlumatlarının təhlili sübut edir
2024-cü ilin birinci yarısında Rusiya Aİ-yə təxminən 6,3 milyon ton neft ixrac edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 51,2 milyon ton azdır. Bu azalma Rusiya xammalının tədarükünə Avropa məhdudiyyətlərinin tətbiqi ilə bağlıdır.
Əhəmiyyətli azalmaya baxmayaraq, Rusiya bütün itirilmiş həcmi digər alıcılara yönləndirə bilib. Əsas idxalçılar Çin və Hindistan olub, bu ilin altı ayı ərzində satınalmaları iki dəfə - keçən illə müqayisədə 52,4 milyon ton artırıb.
“2024-cü il üçün neft ixracı ilə bağlı ən son mövcud məlumatlara əsasən, Avropa İttifaqına tədarük Rusiyanın xaricə tədarükünün 5%-dən bir qədər çoxunu təşkil edə bilər”, - deyə təhlildə qeyd olunur.
Onu da bildirək ki, Avropa ölkələri arasında bu il Rusiya neftinin ən böyük alıcıları ilin birinci yarısında müvafiq olaraq 15,37 və 15,03 milyon barel idxal edən Macarıstan və Slovakiya olub. Macarıstan üçün bu xammalın yeganə tədarükçüsü Rusiyadır, Slovakiya üçün isə idxalın 98%-i onun payına düşür. Çexiya da Rusiya neftini almağa davam edir - ilin birinci yarısında ümumi idxalın demək olar ki, 40%-ni təşkil edib.
Günel Məlikzadə