Qapıçıdan SƏRT REAKSİYA
    • Dünən, 19:00
    • 136

Qapıçıdan SƏRT REAKSİYA

Kolumbiya Copa America finalının revanş matçında Argentinanı 2-1 məğlub edərək qalib gəlsə də, matçın sonunda çirkin mənzərələr yaşanıb.

News24.az xəbər verir ki, Argentinanın himninin oxunması zamanı kolumbiyalı azarkeşlərin fit çalması ilə gərgin başlayan matç, bu şəkildə davam edib. 

Gərgin vəziyyət matçın sonlarında da özünü göstərib. Aston Villanın qapısını da qoruyan və çılğın qapıçı kimi tanınan Emiliano Martinez onu lentə alan kameraya vurub.

2023-cü ildə dünyanın ən yaxşı qapıçısı seçilən Martinez operatora qəzəbini aqressiv şəkildə ifadə edib.

Qeyd edək ki, Martinez 2024-cü ilin Qızıl topuna namizədlər arasında yeganə qapıçı kimi də diqqət çəkib.

Məryəm İlhamqızı